Hörmətli prezident!
İş adamı Füzuli, iş icraçısı Emin və Tahir məndən 880 manatlıq kafel yapışdırıcısı alaraq onun pulunu yerində ödəyəcəyini bildirdi. Onlar malı restoranın sahəsinə boşaltdıqdan sonra pulu verməkdən imtina etdilər.
880 manat yəqin böyük məbləğ olduğuna görə restoran müdiri və iş icraçıları onu General Bəyylər Əyyubovun adı ilə bağlayırlar.
İndi yeni dəb halını alıb. Kimi dindirisən deyir mən filənkəsin adamıyam. Dərnəgül yolundakı mağazaların birindən mal alan iş icraçısı Emin də belələrindən biridir. Malı alıb restoranın sahəsinə boşaltdıqdan sonra “Bilirsən, məndən pul gözləmə. Mən Bəylər Əyyubovun adamlyam.
Hörmətli Prezident!
Neçə illər Qarabağda vuruşub əlil oldum ki, bu cür insanlara mal satım sonda da pulu verməkdən imtina edərək Bəylər Əyyubovun adından istifadə etsinlər.
İndi mən nə edim hörmətli Prezident?
—————