Sevinc Babayevanın zəhərləndiyi təsdiqlənib?

07/05/2013 14:52

 

Sevinc Babayevanın zəhərləndiyi təsdiqlənib?

 

Font Ölçüsü
 

Türkiyədən Azərbaycan Baş Prokurorluğuna Gülər Əhmədovanın rəfiqəsinin ölümü ilə bağlı ekspertiza rəyinin təqdim olunduğu bildirilir

Sabiq deputatın isə azadlığa buraxıla biləcəyi barədə məlumat yayılıb

Sabiq deputat Gülər Əhmədovanın rəfiqəsi Sevinc Babayevanın ölümünün səbəbləri bəlli olub. Türkiyədə aparılan ekspertiza nəticəsində aydın olub ki, Sevinc Babayeva zəhərlənib. Bu barədə “Azadlıq”a daxil olan məlumatda deyilir ki, Türkiyə tərəfi ekspertizanın nəticələrini Azərbaycan Baş Prokurorluğuna da təqdim edib. 
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə “Azadlıq”a bildirib ki, məlumat həqiqətə uyğun deyil.
Bu arada Gülər Əhmədovanın vəkili Raqif Mustafayev “Aznews.az”a bildirib ki, Gülər Əhmədovanın səhhətindəki problemlər son zamanlar özünü daha tez-tez göstərir. “Son günlərdə bir neçə dəfə huşunu itirib. Yalnız həkim müdaxiləsindən sonra vəziyyəti normallaşıb”,- deyə vəkil əlavə edib. 
Mayın 13-ə qədər keçirilməsi nəzərdə tutulan məhkəmə prosesində Gülər Əhmədovanın iştirakına gəlincə, vəkil müdafiə etdiyi şəxsin məhkəməyə gətiriləcəyini bildirib: “Yəqin ki, Gülər Əhmədova məhkəməyə gətiriləcək”.
Sabiq deputat vəkili digər vəkili Əfsər Talıbov isə “Minval.az”a bəzi yeni detallar açıqlayıb. Vəkil deyib ki, mayın 4-də Gülər Əhmədovanın xahişi ilə Bakı şəhər prokuroru Əziz Seyidovun qəbulunda olub. Görüşdə məqsəd sabiq deputatın mesajını Bakı şəhər prokuroruna çatdırmaq olub.
“Yeni Müsavat”ın məlumatına görə isə sabiq deputat və onun vəkilləri mayın 13-nə ciddi-cəhdlə hazırlaşır və Bakı şəhər prokuroru ilə görüş də bu hazırlığın tərkib hissəsidir. Belə ki, mayın 13-də Gülər Əhmədovanın həbsinin 3 ayı tamam olur. Sabiq YAP-çı deputatın həbs müddətinin uzadılıb-uzadılmayacağı məhz həmin tarixdə keçiriləcək məhkəmə prosesindən asılıdır.
Belə bir hazırlığın getdiyini vəkil də təsdiqləyib. Əfsər Talıbov deyib ki, Əziz Seyidovla görüşündə Gülər Əhmədova barəsindəki həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün müraciət edib: “Bu, Gülər xanımın xahişi idi. Mən Gülər xanımın səhhətindəki problemlər, müalicəsi ilə bağlı ona məlumat verdim. Himayəsində azyaşlı uşağın olması, habelə istintaqa yardım üçün deputatlıq mandatından imtina etməsini xatırlatdım. Bildirim ki, Gülər xanım ev dustağı olacağı müddətdə də ölkəni tərk etməyəcək. Hörmətli Əziz Seyidov məni hörmətlə qəbul etdi və dediklərimi dinlədi. Amma hər hansı söz vermədi”.
Əfsər Talıbov mayın 13-də Gülər Əhmədova ilə bağlı hansı qərarın veriləcəyinə dair konkret bir söz deməyib. “Hər şey ola bilər” - deyən vəkil sabiq deputatın səhhətində də problemlərin gündən-günə artdığını vurğuladı.
Əfsər Talıbov Gülər Əhmədovanın vəkillərinə media ilə münasibətləri azaltmaq, müsahibə verməmək, xırda xəbərlərlə kifayətlənmək göstərişi verdiyini deyib: “Bəzən jurnalistlər bu məsələyə elə qərəzli yanaşırlar ki...”

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413