Təhsil nazirinə yeni təklif

16/02/2014 11:59

Təhsil nazirinə yeni təklif

15.02.2014
«Savadsızlığın qarşısını almaq istəyirsinizsə, regionlardakı Pedoqoji Kollecləri ləğv edin»

Ötən gün təhsil naziri Mikayıl Cabbarovun sərəncamı ilə bir neçə rayonun kolleci ilə bağlı tədbir görülüb. JAM.AZ xəbər verir ki, bu tədbirlər nəticəsində 3 kollecin direktoru işdən çıxarılıb, bir neçəsinə isə töhmət verilib. 

Lakin mütəxəssislər hesab edirlər ki, təhsil nazirinin bu addımı çıxış yolu deyil və bununla təhsilin səviyyəsini qaldırmaq mümkünsüzdür. Onlar nazirə təklif ediblər ki, əgər həqiqətən də əhalinin savadsızlığının qarşısını almaq istəyirsə, bunun üçün ilk növbədə regionlardakı Pedoqoji Kolleclərin ləğvinə start verməlidir. Mütəxəssislərin rəyinə görə, nazir bu addımı ilə həmçinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin də işini asanlaşdırmış olacaq. 

JAM.AZ xəbər verir ki, həqiqətən də regionlarda fəaliyyət göstərən kolleclərin əksəriyyəti korrupsiya mənbəyi olaraq ad çıxarıb. Ötən ilin rəsmi sənədlərinə diqqət yetirdikdə də aydın olur ki, büdcədən ayrılmış vəsaitlərin çox hissəsi məhz kollec rəhbərləri tərəfindən müxtəlif adlar altında mənimsənilib. Eyni zamanda, bu təhsil ocaqlarında təhsil alan gənclərin də savadı elə yüksək olmur. İmtahanları pulla verən gəncləri düşündürən tək məsələ isə diplom sahibi olmaqdır. 

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413