Vasif Talıbov generalı yola salır?

15/04/2014 19:29

Vasif Talıbov generalı yola salır?

  •  

 

Font Ölçüsü
 

Naxçıvanın daxili işlər naziri Əhməd Əhmədovun «vurulacağı» barədə məlumat yayıldı 

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov Muxtar Respulikanın daxili işlər naziri Əhməd Əhmədovu tutduğu vəzifədən çıxarmaq istəyir. Bu barədə məlumatı moderator.az saytı yayıb. Məlumatda bildirilir ki, aprel ayının ilk günlərində Vasif Talıbov heç kimin xəbəri olmadan Bakıya səfər edib və daxili işlər naziri Ramil Usubovla görüşüb.

Birinci təyyarə reysi ilə Bakıya uçan Talıbov elə həmin gün də geri qayıdıb. Səfər zamanı onunla birlikdə gələcəkdə Əhməd Əhmədovun yerinə gətiriləcək şəxs də olub. Ali Məclisin sədri həmin şəxsi Ramil Usubova təqdim edib. Məlumatda həmim şəxsin kimliyi də qeyd edilir. Bildirilir ki, bu şəxs hazırda Muxtar Respublikanın ədliyyə nazirinin müavini olan Elnur Ismayılovdur. Şərur rayonundan olan və Talıbovlara etibarlılığı ilə tanınan Elnur Ismayılov əvvəllər Naxçıvan Hava Limanında işləyib. Məlumatda nazir postuna gətiriləcək bu şəxsin hətta hərbi xidmətdə olmadığı da iddia edilir. 

Əlavə olaraq qeyd edilir ki, Vasif Talıbov növbəti seçkilərdə Ali Məclisin sədri olmaq istəmir və bu posta kiçik oğlu Seymur Talıbovu gətirmək istəyir. Bu məsələdə ona mane ola biləcək, güvənmədiyi məmurları uzaqlaşdırmağa çalışır.  

Talıbov və Əhmədova yaxın adamlar arasında qarşıdurma,  gərginlik və güvənsizlik uzun illər bundan əvvəl yaranıb. Qarşıdurma hətta 2003-2007-ci illərdə pik nöqtəsinə çataraq hər iki şəxsin yaxınları arasında dava müstəvisinə qədər yüksəlib. Qarşıdurmalarda öndə olan Vasif Talıbovun bacısının əri, Naxçıvan Şəhər Polis Idarəsinin keçmiş rəisi Səbuhi Novruzov 2007-ci ildən sonra formal olaraq polis rəisi saxlansa da, Əhməd Əhmədov tərəfindən bütün səlahiyyətləri əlindən alınıb. 2013-cü ilin payızında gözlənilmədən Səbuhi Novruzov Əhməd Əhmədovun müavini təyin edilib. Novruzov DIN-ə müavin təyin olunduqdan sonra onun ətrafını təmizləmə əməliyyatı başladılıb və Səbuhi Novruzova yaxın olan polislər işdən çıxarılıblar. Hətta Şahin adlı polis zabitinə narkotik ittihamı ilə cinayət işi də açılıb. Əks tərəfdən isə qarşıdurmalarda fəal iştirak edən nazirin yaxınlarından bir neçəsi isə Naxçıvanı tərk etmək məcburiyyətində qalıblar. 

Məlumatda bildirilir ki, Əhməd Əhmədov Bakıdakı hansısa güclü qruplaşma tərəfindən himayə edilir və onun postundan uzaqlaşdırılması bir o qədər də asan görünmür. Talıbov buna nail olacağı təqdirdə isə heç şübhəsiz, təmizləmə işi davam edəcək və güvənini itirən, şübhəli bilinən şəxslərin hamısı vəzifələrindən uzaqlaşdırılacaq.

 

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413