ZİYA MƏMMƏDOV OĞLUNA NƏYİ QADAĞAN EDİB?

28/05/2013 10:48

ZİYA MƏMMƏDOV OĞLUNA NƏYİ QADAĞAN EDİB?

ZİYA MƏMMƏDOV OĞLUNA NƏYİ QADAĞAN EDİB?
DİA.AZ: - Bir ara nəqliyyat naziri Ziya Məmmədovun oğlu, «Qarant» Holdinqin (keçmiş «ZQAN») Direktorlar Şurasının sədri Anar Məmmədovun adı mətbuatda çox populyar idi. Kimi onun ayı əti yeməsindən yazırdı, kimi də eyş-işrət məclislərinə maraq göstərməsindən.

Lakin sonradan bu kimi materialların yerli KİV-lərimizdə dərci dayandırıldı. Bunun isə çox maraqlı səbəblərinin olması barədə DİA.AZ-a informasiyalar daxil olub.

Məlumatlı mənbənin redaksiyamıza verdiyi xəbərə görə, əslində Anar Məmmədovun adının mətbuatda hallandırılmasına qarşı gedən ilk şəxs elə Ziya Məmmədovun özü olub. Hətta bu məqsədlə KİV-in susdurulması üçün NN şefi ayrıca olaraq vəkil korpusu da tutubmuş: «Xatırlayırsınızsa, həmin ərəfədə Anar Məmmədov onun barəsində nəinki yazanları, hətta danışanları belə məhkəməyə verərək, bütün məhkəmələri udurdu».

Mənbəmiz bildirir ki, övladının adının ciddi işlərdə hallandırılması üçün Ziya Məmmədov hətta ABŞ-da Xocalı ilə bağlı kampaniyaya öz şəxsi büdcəsindən 2 milyon ABŞ dolları həcmində vəsait də ayırmalı oldu. Mənbəmiz bu arada maraqlı bir məqamı da açıqladı: «Bu gün Ziya Məmmədov oğluna hətta «facebook» və digər sosial şəbəkələrdə də aktiv olmağı qadağan edib ki, birdən mətbuatda hansısa neqativ xarakterli məlumatlar əmələ gələ bilər».

Bunu NN şefinin öz oğlunu çox ciddi dövləti vəzifəyə hazırlaması ilə əlaqələndirən mənbəmiz əlavə etdi ki, bu gün Ziya Məmmədov hətta oğlu Anar Məmmədova digər bir nazirin - fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Taleh Heydərovu da misal çəkir, övladına onun kimi olmağı tövsiyyə edir.

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413